Müsəlman qadın boksçular rinqə hicabla çıxacaq
04 Oktyabr 2009 Bazar 03:35
Beynəlxalq Boks Federasiyası: “Qadın boksçulara rinqə İslami geyimində çıxmağa heç nə mane olmur”
Müsəlman qadın boksçular Londondakı 2012-ci il Olimpiadasında hicabla çıxış edəcəklər. Hazırda 25 qadın idmançı Kabil stadionunda məşq edir. Onların məşqçisinin sözlərinə görə, yarışlara ənənəvi İslam geyimində çıxmaq niyyətindədirlər.
Beynəlxalq Boks Federasiyasının nümayəndəsi isə bildirib ki, qadın boksçulara rinqə İslai geyimində çıxmağa heç nə mane olmur: “Sözsüz ki, dini tələblər nəzərə alınmalıdır. Ona görə də biz bu məsələdə mümkün qədər tolerant olmaq istəyirik”.
Qeyd edə ki, 2012-ci ildə qadın boksu ilk dəfə Olimpiya oyunları proqramına daxil ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar