Murad Hüseynov Sloboda klubuna transfer olundu
14 Sentyabr 2013 Şənbə 10:13
Murad Hüseynov Sloboda klubunun şerefini qoruyacaq.
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Murad Hüseynovun Serbiyanın "Sloboda" klubuna keçib rəsmiləşib. ANS PRESS azerisport-a istinaən xəbər verir ki, klub rəsmilərinin keçirdiyi mətbuat konfransı zamanı futbolçumuzu ictimaiyyətə təqdim edib. Oyunçumuzun yeni klubu “Sloboda” hesabat turunda “Partizan”la qarşılaşacaq. Milli komandamızda 5 oyun keçirən və 1 qol vuran Murad Hüseynov karyerasına Rusiyada başlayıb.
Murad 2006/07 mövsümündə "Anji"nin formasını geyinib (22 oyun, 5 qol). Daha sonra ardıcıl olaraq Rusiyada "Şinnik" (Yaroslavl, 2008) və "Şeksna" (Çerepovets, 2008, 13 oyun) klublarında çıxış edən hücumçu 2009-cu ildə Serbiyaya üz tutub və iki il "Mladost"da (Lusani, 14 oyun, 1 qol) oynayıb.
O, məhz bu klubda çıxış edərkən - 2011-ci ildə milliləşdirilərək, yığmamıza cəlb olunub. 2011-2012-ci illərdə "Qəbələ"də çıxış edən (24 oyun, 4 qol) futbolçu ötən il "Sumqayıt"a transfer olunub və bu ilin əvvəlinədək 5 oyun keçirib.
DOSTLARINLA PAYLAŞ: