Murad Bazarov olimpiya çempionu oldu
15 Avqust 2010 Bazar 15:05
Azərbaycanlı idmançı Murad Bazarov Olimpiya çempionu adını qazanıb.
Bəlli olduğu kimi dünən Sinqapurda Yeniyetmələrin I Yay Olimpiadası start götürüb. Olimpiadada 30 idman növü üzrə dünyanın 3600-dən çox idmançısı medal uğrunda mübarizə aparır.
Bu gün yunan-Roma güləş növündə Azərbaycanı təmsil edən Murad Bazarov (42 kq) kubalı rəqibi Yosvan Flores üzərində qələbə qazanıb (2:0, 1:0). Böyük uğura imza atan M.Bazarov yeniyetmələr arasında ilk azərbaycanlı Olimpiya cempionu olub.
Qeyd edək ki, ölkəmizi Olimpiadada 12 idmançı təmsil edir. Yarışda 15 yaşdan 18 yaşadək idmançılar mübarizə aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: