Münəccim: "Ağdamlılar "Borussiya" səddini də aşacaq"
09 Avqust 2010 Bazar Ertəsi 17:15
Firudin Qurbansoy maraqlı proqnoz verib
“Avropa Liqasının pley-off mərhələsində Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq "Qarabağ" uğur qazanacaq". Bu sözləri “Qarabağ”ın "Borussiya" ilə oyunu barədə proqnozlarını açıqlayan münəccim-astroloq Firudin Qurbansoy deyib. Astroloq deyir ki, "Qarabağ" klubu 1950-ci ilin əvvəllərində Pələng ilində yaranıb. Hazırda da Pələng ili olduğundan "Qarabağ" üçün uğurlu il sayılır. Qurbansoyun fikrincə, 1909-cu ildə yaranmış "Borussiya" klubu üçün 2010-cu il uğurlu il hesab olunmur: "Həmin il Od ünsürlü il olduğundan "Borussiya"da vəziyyət o qədər də ürəkaçan deyil. Ola bilsin ki, hazırda klubda hansısa maliyyə, təşkilati, komanda daxili, ya da oyunçular arasında problem var. Ancaq "Qarabağ"da hər şey öz qaydasındadır".

Qurbansoy deyir ki, bütün bunları nəzərə alsaq, avqusutun 19-da "Borussiya"nın meydanında keçiriləcək ilk oyunda "Qarabağ"ın uğurlu nəticə qazanması - heç-heçə və ya qələbə qazanacağı gözlənilir. Bakıda keçiriləcək oyunda isə "Qarabağ"ın qələbə qazanacağı şübhəsizdir.

Astroloq bildirir ki, pley-off mərhələsinin qalibi "Qarabağ" olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar