Mundialın üçüncüsü Almaniya oldu
11 İyul 2010 Bazar 10:00
Almaniya yığması Uruqvayı 3-2 hesabı ilə məğlub edib.
Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatının bürünc medalının sahibi artıq bəllidir. Bu ötən gün Uruqvay yığması ilə qarşılaşan Almaniyadır. Uruqvayı 3-2 hesabı ilə məğlub edən almanlar mundialı üçüncü pillədə tamamlayıblar.
Yağış altında keçirilən oyunun ilk hissəsi 1-1 hesabı ilə bitib. Qolların müəllifləri isə Tomas Müller və Edinson Cavani olub. İlkinci hissədə Uruqvay Diyeqo Forlanın atdığı qol ilə hesabda önə çıxıb. Bundan sonra Almaniya millisinin oyunçuları Marsel Yansen və Sami Hedira baş zərbəsi ilə vurduqları hərəyə bir qolla komandalarının qalibiyyətini rəsmiləşdiriblər.
Qeyd edəd ki, Almaniya millisinin bir necə oyunçusu - Miroslav Kloze, Tomaş Podolski, komandanın kapitanı Fillip Lamm və qapıçısı Manuel Noyner müxtəlif səbəblərə görə matçda iştirak edə bilməyiblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: