Mundialın ən yaxşı futbolçusu: Dieqo Forlan
12 İyul 2010 Bazar Ertəsi 11:45
Dieqo Forlan bu ada layiq görülüb.
Uruqvay yığma komandasının hücumçusu Dieqo Forlan Dünya Çempionatı-2010-nun ən yaxşı futbolçusu seçilib. Futbolçu “Qızıl top” mükafatına layiq görülüb.

31 yaşlı futbolçu dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin jurnalistlərinin səsverməsi nəticəsində bu şərəfə layiq görülüb. Səsverənlərin 23,4 faizi Dieqo Forlanı bu ada layiq görüblər. Mundialın ən yaxşı futbolçusu nominasiyasında ikinci yerdə hollandiyalı Uesli Sneyder, üçüncü yerdə isə ispaniyalı David Vilya yer alıb.

Xatırladaq ki, Dieqo Forlan mundialda 5 qol vuraraq, bir məhsuldar ötürmə verməklə yadda qalmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar