Mundialın ən məşhur cütlüyü evlənir
17 İyul 2010 Şənbə 10:10
Mundialın ən məşhur cütlüyü evlənir. Kasilyas yekun qərar verib.
Dünya Çempionatı-2010-nun qalibi olan İspaniya yığma komandasının kapitanı qolkiper İker Kasilyas deyəsən “subaylığın daşını atmaq” fikrinə düşüb.

“Mən Dünya çempionu olacağımız təqdirdə hansısa ağlasığmaz bir addım atacağıma dair söz vermişdim. Bu addım nəyə görə də Sara Karbanero ilə evlənməyim olmasın?”, - deyə İker Kasilyas bildirib. Qolkiper Sara ilə toyunun nə vaxt olacağı haqda isə heç bir məlumat verməyib.

Xatırladaq ki, İker Kasilyasla İspaniya telekanallarının birinin aparıcısı olan Sara Karbonero təxminən bir il əvvəl görüşməyə başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar