Mundialın bağlanış mərasimi möhtəşəm keçəcək
08 İyul 2010 Cümə Axşamı 12:15
Tədbirə Şakiranın qatılacağı gözlənilir.
Dünya Çempionatı-2010-nun bağlanış mərasimi fərqliliyi ilə yadda qalacaq. Dünya Çempionatı Təşkilat Komitəsinin nümayəndələrindən biri Jermein Kreiqin sözlərinə görə, bağlanış mərasimi öz möhtəşəmliyi ilə mudialın açılışını da kölgədə qoyacaq.

Bağlanış mərasimində dünya şöhrətli kolumbiyalı müğənni Şakira “Waka Waka” marşını ifa edəcək. “Soccer City” stadionunda keçiriləcək mərasimdə texnologiyanın ən son nailiyyətlərindən və müxtəlif işıq effektlərindən istifadə ediləcək.

Xatırladaq ki, Dünya Çempionatı-2010-nun bağlanış mərasimi mundialın final oyunundan 2 saat əvvəl Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar