Mundialda növbəti matçlar keçiriləcək
16 İyun 2010 Çərşənbə 10:00
Bu gün favoritlərdən olan İspaniya yığması mübarizəyə başlayır.
Bu gün Dünya Çempionatı – 2010-da 6-cı oyun gününə start verilir. Günün ilk qarşılaşması “H” qrupunun komandaları arasında oynanılacaq. Saat 16:30-da başlayacaq qarşılaşmada Honduras və Çili yığmaları üz-üzə gələcəklər.

19:00-da isə bu qrupun digər komandaları İspaniya və İsveçrə kollektivləri görüşəcək. Gecə saat 23:30-da isə mundialın qrup mərhələsinin ikinci turuna start veriləcək. “A” qrupunda qərarlaşmış ev sahibi CAR komandası Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, Dünya Çermpionatı – 2010-a iyulun 11-də yekun vurulacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar