Mundialda itkin düşən futbolçular tapıldı
18 İyun 2010 Cümə 16:00
Mundialda itkin düşən futbolçular tapıldı. Oyunçular hazırda KXDR yığmasının düşərgəsindədir.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) mundial zamanı itkin düşdüyü hesab edilən 4 futbolçusu tapılıb. Bu futbolçuların artıq yığma komandanın düşərgəsində olduqları bildirilir.

“Futbolçuların itkin düşməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Sadəcə Braziliya – KXDR matçı zamanı baş verən texniki xəta bu məlumatın yayılmasına səbəb olub. Bu matç ərəfəsində KXDR yığmasının iştirak ərizəsində 23 deyil, 19 oyunçunun adı göstərilmişdi. Mən əlaqə saxlamışam. Hazırda bu futbolçular yığmanın düşərgəsindədirlər”- deyə FİFA nümayəndəsi Qordon Uotson bildirib.

Xatırladaq ki, KXDR yığma komandasının 4 futbolçusunun itkin düşməsi xəbəri səhər saatlarında yayılmışdı. Bu futbolçuların CAR və ya digər Afrika ölkələrindən birində siyasi sığınacaq almaq istədikləri bildirilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar