Mundialda 11-ci oyun gününə start verilir
21 İyun 2010 Bazar Ertəsi 10:00
İspaniya yığması ilk xalını qazanmağa çalışacaq.
Bu gün futbol üzrə dünya çempionatında 11-ci oyun gününə start verilir. İlk qarşılaşma ənənəvi vaxtda – saat 16:30-da start götürəcək. Portuqaliya kollektivi mundialda ikinci oyununu Koreya Xalq Demokratik Respublikası (KXDR) komandasına qarşı keçirəcək.

Günün ikinci oyununda Çili yığması İsveçrə seçmə komandasına qarşı oynayacaq. Qarşılaşma 19:00-da başlayacaq. Bu günə olan son matç isə saat 23:30-da start götürəcək. Həmin oyunda son Avropa çempionu İspaniya kollektivi Honduras yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, mundialın ilk oyunlarında Portuqliya Fil Dişi Sahili yığması ilə 0:0 oynayıb. KXDR isə mundialın favoriti olan Braziliya yığmasına 1:2 hesabı ilə uduzmuşdu. “H” qrupunun ilk qarşılaşmalarında isə İsveçrə İspaniya, Çili isə Honduras üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar