Muğan və Neftçi-yə cəza verildi
15 Noyabr 2010 Bazar Ertəsi 19:05
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın XIII turunun oyunları zamanı baş verən qanun pozuntularına hüquqi qiymət verilib. Komitə MOİK-in qapıçısı Amiran Qventsadzeni AZAL-la oyunun 60-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 4 oyunluq cəzalandırıb, "OrduⅦ klubunu 4000 manat cərimə edib.
"Muğan" və "Neftçi" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
DOSTLARINLA PAYLAŞ: