"Muğan" qisas almağa hazırlaşır
16 Fevral 2011 Çərşənbə 18:23
Salyan təmsilçisi hazırlıqlarını tam heyətlə davam etdirir
Unibank Premyer Liqasının XXI turunda "Qəbələ" klubunu qəbul edəcək "Muğan" oyunun hazırlıqlarına start verib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Bakıda olimpiya yığma komandalarının təlim-məşq bazasında məşq edən "Muğan" hazırlıqlarını tam heyətlə davam etdirir. Qış fasiləsində transfer olunan yeni futbolçular komandaya uyğunlaşmaqda çətinlik çəkmir.

İlk dövrədə keçirilən səfər oyununda rəqibinə 0:2 hesabı ilə məğlub olan Salyan təmsilçisi bazar günü keçiriləcək oyunda bu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar