Muğan klubu iki futbolçu ilə yollarını ayırıb
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:45
Vüsal Hüseynov və Fərrux İsmayılov Muğan klubundan kənarlaşdırılıb.
“Muğan” 2 futbolçu ilə yollarını ayırıb. Bu haqda klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, yarımmüdafiəçi Vüsal Hüseynov və hücumçu Fərrux İsmayılov komandadan kənarlaşdırılıb. Digər futbolçu Ruhid Udubov isə əvəzedici heyətə göndərilib.
“Vüsal, Fərrux və Ruhidin gedişi ilə bağlı məsələni baş məşqçimiz qaldırdı. Həmin futbolçular onu qane etmir. Biz onlara əvəzedici komandamızda oynamağı təklif etdik. Bunu qəbul edən Ruhid əvəzedicilərimizdə oynayacaq. Ancaq Fərruxla Vüsal bunu istəmədi. Belə olan halda, hər ikisi ilə müqaviləni pozacağıq”, – deyə Şirəliyev bildirib.
Qeyd edək ki, yayda “İnter”dən “Muğan”a keçən Usubov daha çox ehtiyatda qalırdı. Vüsalla Fərrux isə 2008-ci ildə Salyan təmsilçisinə keçmişdi. Onlar vaxtilə əsas heyətin oyunçuları olsalar da, sonradan yerlərini itirdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: