Muğan Big Sammy ilə anlaşdı
25 Yanvar 2011 Çərşənbə Axşamı 21:45
Salyan təmsilçisi Muğan Syerra-Leone yığmasının futbolçusu Big Sammy heyətinə qatıb.
Transfer dövründə “Muğan” daha bir legionerlə heyətini gücləndirib. Salyan komandası Syerra-Leone milli komandasının yarımmüdafiəçisi Samuel Barlayı heyətinə qatıb. Bununla da “Muğan”ın heyətindəki afrikalıların sayı ikiyə çatıb.
Xatırladaq ki, Samuel İsveç və Finlandiya çempionatlarında çıxış edib. Futbolçu yığmada son matçını 2010-cu ilin oktyabrında keçirib. O, CAR-la qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, "Big Sammy" ləqəbi ilə tanınan futbolçu Samuel Barlay Narsis Yameoqodan sonra “Muğan” komandasında çıxış edən ikinci afrikalı yığma təmsilçisidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: