Muay-tay üzrə ölkə çempionatına bu gün yekun vurulacaq
01 Aprel 2012 Bazar 15:38
Gənclər 9, kişilər isə 10 çəki dərəcəsində mübarizə aparırlar.
Bu gün Şağan Olimpiya İdman Kompleksində muay-tay üzrə gənclər və kişilər arasında ölkə çempionatına yekun vurulacaq. Yarışın yarımfinal və final döyüşləri baş tutacaq. Sayca üçüncü olan yarış dünən başlayıb.

Ümumilikdə 15 komandanın qatıldığı yarışda 112 muay-tay ustası qüvvəsini sınayır. Turnirdə paytaxt komandaları ilə yanaşı Şəki, Ağstafa, Quba və Cəlilabaddan olan idmançılar yarışır. Gənclər 9, kişilər isə 10 çəki dərəcəsində mübarizə aparırlar. Muay-tay, Tayboks Federasiyasının prezidenti Azər Həsənsoyun sözlərinə görə, yarışın keçirilməsində əsas məqsəd yığma komandanın heyətini gücləndirməkdir. Turnirdə fərqlənənlər isə aprelin 16-21-i arası Antalyada keçiriləcək avropa çempionatında milli komandanın heyətinə cəlb olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar