Mourinyonun uğurunun sirri məlum oldu
19 İyul 2010 Bazar Ertəsi 11:30
Portuqaliyalı məşqçi Mourinyo baxıcıyla işləyirmiş.
İspaniyanın “Real” (Madrid) klubunun yeni təyin edilmiş baş məşqçisi Joze Mourinyo yeni mövsümdə klubunda uğur qazanmaq üçün din xadiminə müraciət edib. Bu barədə məşqçinin müraciət etdiyi keniyalı baxıcı Mzee Mkatyub jurnalistlərə məlumat verib.

“Yeni komandasında uğur qazanmaq üçün Mourinyo mənə müraciət edib”, - deyə keniyalı baxıcı Mzee Mkatyub bildirib.

Baş məşqçi baxıcı ilə Keniyada tətildə olduğu Ukunda bölgəsində görüşüb. Mourinyonun baxıcıya “yeni komandamda işim çətin olacaq. Yeni iş yoldaşlarımın qarşısında hörmət qazanmağıma yardım edin” dediyi bildirilir.

Xatırladaq ki, Joze Mourinyo “Real” (Madrid) klubuna bu mövsümün sonunda baş məşqçi təyin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar