Mourinyonun adına küçə
23 Fevral 2013 Şənbə 15:58
Məşqçinin doğulduğu şəhərdə muzeyinin də açılacağı gözlənilir.
Portuqaliyada küçələrdən birinə Madridin "Real" klubunun baş məşqçisinin adı verilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Joze Mourinyonun adı əbədiləşdirilməsi məşhur məşqçinin 50 illik yubileyi münasibətilə verilib. Mərasimin isə martın 23-də keçiriləcəyi planlaşdırılır.
Portuqaiyalı məşqçinin şərəfinə muzeyin də açılması gözlənilir. Eksponatlar arasında məşqçinin bütün qazandığı medallar yer alacaq. Həmçinin burada çalışdırıcının Çempionlar Liqasında geyindiyi məşhur paltosu da olacaq.
“Biz yalnız Mourinyoya öz borcumuzu yerinə yetirirk. Bu sərgi böyük məşqçiyə öz ehtiramımızı bildirmək üçün bir üsuldur” – deyə şəhər meri Mariya Dores Meyra bildirib.
DOSTLARINLA PAYLAŞ: