Mourinyo rüsvayçılığını qəbul etmir
30 Noyabr 2010 Çərşənbə Axşamı 11:35
“Real”ın baş məşqçisi 0:5 hesablı məğlubiyyəti faciəvi saymır
İspaniyanın “Real” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo baş tutmuş “Barselona” – “Real” oyunu barədə danışıb. Baş məşqçi yetirmələrinin “Barselona”ya 0:5 hesabı ilə uduzmalarını rüsvayçılıq kimi dəyərləndirməyib.

“İndiyədək məşqçilik karyeram ərzində mənim çalışdırdığım heç bir komanda 0:5 hesabı ilə uduzmamışdı. Ancaq belə məğubiyyətə asanlıqla dözmək olar. “Real”ın bu oyunda qələbəyə heç bir şansı yox idi”, - deyə Joze Mourinyo bildirib. “Real”ın çalışdırıcısı “Barselona”nın qələbəyə layiq olduğunu, “Real”ın isə çox bərbad oyun nümayiş etdirdiyini vurğulayıb.

Xatırladaq ki, Mourinyo 2010/11 mövsümü ərəfəsində “Real”a baş məşqçi təyin edilib. “Real” bu mövsüm “Barselona” ilə üz-üzə gələnədək heç bir görüşdə məğlub olmamışdı. “Barselona” ilə oyunda isə “Real” Xavi, Pedro, David Vilya (2 qol) və Heffrenin qolları ilə əzəli rəqibinə 0:5 hesabı ilə uduzub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar