Mourinyo orijinal hədiyyə alıb
06 Aprel 2010 Çərşənbə Axşamı 16:15
Baş məşqçi Mourinyo şinellə mükafatlandırılıb.
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Mourinyoya jurnalistlər şinel hədiyyə edib. Baş məşqçi hədiyyəni Çempionlar Liqası turniri çərçivəsində oynanılacaq ÇSKA – "İnter" matçına həsr edilmiş mətbuat konfransında “Sovetski Sport” qəzetinin əməkdaşı tərəfindən alıb.

Baş məşqçi həmçinin zarafatla ÇSKA-nın onun nə vaxtsa işləyə biləcəyi yeganə Rusiya klubu olduğunu da bildirib.

Xatırladaq ki, Çempionlar Liqasında “İnter”lə ÇSKA arasında oynanılan ilk qarşılaşma 1:0 hesabı ilə italiyalıların xeyrinə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar