Baş məşqçi Ronaldoya qarşı kobud oynayan oyunçunu "yaramaz" adlandırıb.
İspaniya çempionatında 26-cı turun “Real” və “Barselona” komandaları arsında keçirilən oyundan sonra qalmaqal yaşanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Real”ın məşqçisi Joze Mourinyo kataloniyalıların müdafiəçisi Dani Alvesi təhqir edib.
“El Klassiko”dan sonra mətbuatda yayılan video görüntüdə Joze Mourinyo Ronaldoya qarşı kobud oynayan “Barselona”lı oyunçunu "Hijo de puta", yəni "yaramaz" adlandırıb.
Xatırladaq ki, 55 xal toplayan “Real” 3-cü yerlə kifayətlənib. “Barselona” isə turnir cədvəlində liderlik edir.