Mourinyo dinc durmur
23 Fevral 2010 Çərşənbə Axşamı 16:35
Baş məşqçi Mourinyo növbəti dəfə cəzalandırılıb
İtaliya Futbol Federasiyası “İnter”in portuqaliyalı baş məşqçisi Joze Mourinyonu 3 oyunluq diskvalifikasiya edib. Buna səbəb baş məşqçinin futbol üzrə İtaliya çempionatının son turunda “Sampdoriya” ilə qarşılaşmadan sonra hakimləri təhqir etməsi olub. Baş məşqçi diskvalifikasiya ilə yanaşı 40 min avro məbləğində cərimə edilib.

Joze Mourinyonun matç zamanı hakimlərin qərarına etiraz edərək azarkeşləri təxribata sövq etdiyi bildirilir.

Xatırladaq ki, “İnter”in 2 oyunçusunun qırmızı vərəqə gördüyü “Sampdoriya” ilə oyun 0:0 hesabı ilə nəticələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar