Mourinyo 50 metri 5 saniyəyə qaçdı
09 Aprel 2014 Çərşənbə 08:24
O, sevincindən bir neçə saniyədə 50 metrlik məsafəyə qaçıb.
Futbol üzrə Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində keçirilən oyunlardan biri "Çelsi" ilə "PSJ" qarşılaşması olub.
ANS PRESS-in məlumatına görə, ilk yarımfinalçıların məlum olduğu qitənin ən mötəbər turnirində bir sıra maraqlı anlar yaşanıb.
Parisdə 3:1 hesabı ilə uduzan Joze Mourinyonun "Çelsi"si bu dəfəki revaşn oyununda "PSJ"-ni 2 cavabsız qolla cavab verib. Bu hesab isə "Mavilər"in yarımfinala çıxmasına kifayət edib.
Oyunda yaddaqalan anlardan biri isə "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun qələbə qolu atıldığı zaman etdiyi hərəkət olub. O, sevincindən bir neçə saniyədə 50 metrlik məsafəyə qaçıb.
“Çelsi” (İngiltərə) – PSJ (Fransa) - 1:0
Qol: Şurrle, 32; Ba, 87
İlk oyun – 1:3
DOSTLARINLA PAYLAŞ: