Moskvaya gedəcək güləşçilərin adı məlum olub
28 Avqust 2010 Şənbə 23:15
Yunan-Roma güləşçilərimiz mübarizəyə sentyabrın 6-da qoşulacaqlar.
Rusiyada keçiriləcək güləş üzrə Dünya çempionatında Azərbaycanı təmsil edəcək yunan-Roma güləşçilərinin adlarına aydınlıq gəlib. Klassiklərimiz Moskvaya 7 nəfərlik heyətlə yollanacaq.

Onlar arasında yeni adlara da rast gəlinir. Ağırlığı 96 kq olan Səbuhi Hümbətov ilk dəfə olaraq milli komandanın şərəfini qoruyacaq. 120 kq çəki dərəcəsində isə bu vaxtadək gənclərdən ibarət yığma komandanın uğurları üçün çarışan Zaur Mehrəliyev qüvvəsini sınayacaq. Çəkicə ən yüngüllərin yarışında son Avropa çempionu Elçin Əliyev, eyni uğuru bu dəfə dünya çempionatında təkrarlamağa cəhd edəcək. Çəkisi 60 kq olan idmançılarla, son Dünya və Avropa çempionatının birincisi Həsən Əliyev yarışacaq. Vitali Rəhimov isə bu dəfəki yarışda 66 kq çəkidə döşək üzərinə çıxacaq.

Məşqçilər heyəti üçün ən çətin seçim 74 kq çəki dərəcəsinə təsadüf edib. Belə ki, Rafiq Hüseynovla Elvin Mürsəliyev son ana qədər bir-birinə güzəştə getməsə də, sonda qalib gələn tərəf Hüseynov olub. Şalva Qadabadze isə 84 kq-da Azərbaycanın idman şərəfini qoruyacaq. Azərbaycan Güləş Federasiyasının birinci viste-prezidenti Namiq Əliyev, klassiklərimizin bu dəfə də medalsız qayıtmayacaqlarına əmindir.

Xatırladaq ki, yunan-Roma güləşçilərimiz dünya çempionatında mübarizəyə sentyabrın 6-da qoşulacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar