Moskvada bədii gimnastika üzrə Qran-pri turniri start götürüb
26 Fevral 2011 Şənbə 23:06
Yarışda Azərbaycanı 13 gimnast təmsil edir.
Rusiyanın paytaxtında bədii gimnastika üzrə Qran-pri turnirinin birinci mərhələsi start götürmüşdür. Yarışlarda ölkəmizi şəxsi birincilikdə - senyorlar Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva, qrup komandası - Stefani Trayanova, Anastasiya Prasolova, Ceyla Quliyeva, Cəmilə Hüseynova, Aelita Xələfova və Səbinə Abbasova, habelə yuniorlar - Ləman Hacızadə, Gülsüm Şəfizadə və Ləman Dadaşlı təmsil edirlər.

Yuniorların çıxışlarının yekunlarına əsasən idmançı qızlarımız arasında ən yaxşı nəticə göstərən Gülsüm Şəfizadə halqa ilə hərəkətlərdə dördüncü, lent ilə hərəkətlərdə beşinci yeri tutub. Komanda hesabında Azərbaycan gimnastları 88,925 xal toplayaraq altıncı yeri tutub, Rusiyanın yığma komandalarından biri isə 102,825 xal nəticə ilə qalib gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar