Moskva turnirindən cəmi 1 medal
12 İyun 2010 Şənbə 23:15
Yeganə mükafatı 48 kiloqramda çıxış edən boksçumuz qazanıb.
Azərbaycan boksçularının Avropa çempionatından qazancı 1 gümüş medal oldu. Yeganə mükafatı komandamıza 48 kiloqramda çıxış etmiş Elvin Məmişzadə qazandırıb.

Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş qitə miqyaslı yarışda medal qazanmış yeganə boksçumuz Elvin Məmişzadə həlledici döyüşdə irlandiyalı rəqibi Patrik Barneslə qarşılaşıb. Elvinin döyüş üslubunu əməlli başlı təhlil etmiş Barnes birinci raundda əsasən müdafiəyə fikir verib. İlk 3 dəqiqədə yeganə məhsuldar hücümü da irlandiyalı boksçu təşkil edib. İkinci raundda da qarşılaşma rəqibin istədiyi kimi keçib. Məmişzadə yalnız bir dəfə Patrik Barnesin müdafiəsini yara bilib. Təssüf ki, bu qələbə üçün yetərli olmayıb. Nəticədə 1-4 hesablı məğlubiyyətlə barışmış boksçumuz Avropa çempionatının gümüş mükafatına yiyələnib.

Xatırladaq ki, buna qədər Elvin Rusiya adından çıxış etmiş erməni David Ayrapetyanı və Ermənistanı təmsil etmiş Hovanes Daniyelyanı məğlub etmişdi. Rusiya paytaxtına yollanmış digər 10 boksçumuz isə mübarizəni vaxtından əvvəl dayandırmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar