Moskva “Lokomotiv”inin baş məşqçisi qovuldu
07 İyun 2011 Çərşənbə Axşamı 02:30
Yuri Krasnojan “dəmiryolçular”ı meydana cəmi 11 dəfə çıxara bildi
Yuri Krasnojan Moskvanın “Lokomotiv” klubunun baş məşqçisi postundan çıxarılıb. Məlumatı klubun hüquq məsələləri üzrə direktoru Yevgeni Kreçetov verib. Onun sözlərinə görə, baş məşqçinin qovulması barədə qərar “Lokomotiv” futbol klubunun Direktorlar Şurasının iclasında qəbul edilib.

“Qərara alınıb ki, işində yol verdiyi nöqsanlarla əlaqədar Yuri Krasnojanla müqavilə pozulsun. Kluun prezidenti Olqa Smorodskayaya müqavilənin pozulması ilə bağlı səlahiyyətlər verilib”, - Yevgeni Kreçetov jurnalistlərə bildirib.

Bu gün Yuri Krasnojanın 48 yaşı tamam olub. “Lokomotiv” klubu onun rəhbərliyi ilə Rusiya çempionatında 11 oyun keçirib. Komanda 18 xalla turnir cədvəlinin beşinci pilləsindədir və lider ÇSKA-dan bir xal geri qalır.

“Lokomotiv” Yuri Krasnojanla .tən ilin dekabrında “1,5+1” sxemi ilə müqavilə imzalayıb. O, 1999-cu ildən Nalçik “Spartak”ında işləyib və 2004-cü ildə klubun baş məşqçisi olub. 2005-ci ildə “Spartak” premyer-liqaya vəsiqə qazanıb. Cənub klubu ötənq mövsümü altıncı yerdə tamamlayıb.

Yuri Krasnoxan “Lokomotiv”in baş məqçisi postunda Yuri Syomini əvəzi edib. “Dəmiyrolçular” məhz Yuri Syominin rəhbərliyi dövründə klubun tarixində ən böyük üğurlara imza atıblar, o cümlədən, iki dəfə (2002 və 2004-cü illər) Rusiya çempionu olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar