MOİK qələbə qazandı
09 Aprel 2011 Şənbə 23:04
MOİK neçə aylıq fasilədən sonra ilk qələbsini qazandı.
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarına start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib. İlk olaraq meydana çempionatın autsayderləri - “Simurq”la MOİK çıxıb. Məğlubiyyət tilsimini sındırmağa nail olan hərbçilər Zaqatala təmsilçiləri üzərində 1:2 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə “Qəbələ” “Turan”ı məğlub edib – 0:2.

Günün əsas qarşılaşması isə paytaxtda “İnter”lə “Neftçi” arasında keçirilib. Tərəflər meydandan dostcasına ayrılıblar – 1:1.

9 aprel
“Simurq” – MOİK - 1:2
QOLLAR: Elvin Yunusov, 61 - Azər Həşimov, 43; Tural İsgəndərov, 58
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:0, 1:1

“Turan” – “Qəbələ” - 0:2
QOLLAR: Saşa Yunisoğlu, 61; Deon Barton, 85
Tovuz. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0

“İnter” – “Neftçi” - 1:1
QOLLAR: Robertas Poşkus, 2 - Flavinyo, 86 (pen.)
Qırmızı vərəqə: Kaxaber Mjavanadze, 85 (2-ci sarı)
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:2, 1:1
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar