MOİK baş məşqçisi Ramil Əliyev istefası verib
06 Yanvar 2010 Çərşənbə 19:05
Azərbaycan çempionatında məşqçi istefası. “MOİK”in baş məşqçisi Ramil Əliyev tutduğu vəzifədən gedib.
Azərbaycan futbol çempionatının I divizionunda mübarizə aparan “MOİK” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Baş məşqçi Ramil Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bundan sonra ordu klubunu Siyasət Əsgərov çalışdıracaq.

“Hərbçilər” sabahdan etibarən yeni baş məşqçinin rəhbərliyi atında II dövrənin hazırlığına başlayacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar