MOİK 5 min manat cərimələndi
10 Avqust 2010 Çərşənbə Axşamı 19:00
AFFA İntizam Komitəsinin qərarı açıqlanıb. MOİK 5 min manat cərimələndi.
AFFA İntizam Komitəsi yenicə start götürmüş XIX Unibank Premyer Liqasında baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb. AFFA-nın mətbua t xidmətinin yaydığı məlumata görə, bu dəfəki cəza tədbirləri MOİK və “Simurq” klublarına aid olacaq. Belə ki, 8 avqust 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının I turunun MOİK – “Muğan” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bundan əlavə, MOİK klubu XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun MOİK – “Muğan” matçına görə də cəzalandırılıb. Həmin matçının 71-ci dəqiqəsində MOİK klubunun 13 nömrəli futbolçusu Fərid Mürsəlov aqressiv hərəkətə görə (topsuz rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib. Matçın 80-ci dəqiqəsində MOİK klubunun 19 nömrəli futbolçusu, digər futbolçunun kobudluğunu təkrar edən Ramid Nəsirov aqressiv hərəkətə görə (topsuz rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimələnib.
6 avqust 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Gəncə” – “Simurq” matçının 39-cu dəqiqəsində “Simurq” klubunun 14 nömrəli futbolçusu Laçın Şəkərov fitdən sonra topa zərbə endirdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq, isə klub 100 manat məbləğində cərimələnib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: