Mixayliçenko yanvarda "Neftçi"də işə başlayacaq
12 Dekabr 2010 Bazar 15:15
Məşqçi komandanı Avrokuboklara hazırlamalı və qitə turnirlərində uğur qazanmalıdır
"Neftçi"nin baş məşqçisi olacağı iddia edilən Aleksey Mixayliçenko ilə bağlı yeni xəbərlər yayılıb. Fanat.ua saytı xəbər verir ki, ukraynalı mütəxəssisin ölkəmizdə işə başlayacağı tarix müəyyənləşib. Mixayliçenko gələn ilin yanvar ayında "Neftçi"də işə başlayacaq.

"Neftçi" rəhbərliyi Mixayliçenkonun qarşısına komandanı Avrokuboklara hazırlamaq və qitə turnirlərində uğur qazanmaq tapşırığı qoyub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar