Mişel Platini və Yozef Blatter Bakıya gəlir
04 Mart 2011 Cümə 14:46
UEFA və FİFA rəhbərləri yubiley tədbirlərinə qatılacaqlar
UEFA prezidenti Mişel Platini 8-9 iyun tarixində Bakıya gələcək. Bu məlumatı UEFA prezidentinin müşaviri Paskal Tores Bakıda keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında verib. Mişel Platini Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunan tədbirlərə qatılacaq.

AFFA prezidenti Rövnəq Abdullayev həmçinin FİFA prezidenti Yozef Blatterin də ölkəmizə gələcəyini bildirib. Blatter ölkə futbolunun 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərə qatılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar