Mişel Platini futzalçılarımızın oyununu seyr edəcək
30 Yanvar 2010 Şənbə 12:40
Bu gün Avropa çempionatında 3-cü yer uğrunda matç keçiriləcək. Mişel Platini futzalçılarımızın oyununu seyr edəcək.
Bu gün Macarıstanda təşkil edilən futzal üzrə Avropa çempionatında 3-cü yer uğrunda qarşılaşma baş tutacaq. Bürünc medal uğrunda görüşdə Azərbaycan yığması Çexiya futzalçıları ilə görüşəcək.

AFFA-dan verilən məlumata görə, qarşılaşma Debretsen şəhərinin “Feniks arena” idman kompleksində baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı izləyənlər arasında UEFA prezidenti Mişel Platini də olacaq.

Xatırladaq ki, komandamız qrup mərhələsində baş tutan qarşılaşmada Çexiya futzalçıları üzərində 6:1 hesabı ilə qələbə qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar