Miroslav Beranek: Müdafiədə səhvlərə yol verdik
07 Sentyabr 2011 Çərşənbə 01:04
Miroslav Beranek: Fasilədə oyunçulara fəal olmağı tapşırsaq da, ikinci hissədə meydanda bunu görmədik.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində ötən axşam keçirilmiş Azərbaycan - Qazaxıstan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranekin oyunla bağlı fikirlərini səsləndirib. O, bildirib ki, iki fərqli hissəyə şahid olmuşuq: “Birinci hissədə 1 qol vurduq, fasilədən sonra 3 top buraxdıq. Müdafiədə səhvlərə yol verdik. Fasilədə oyunçulara fəal olmağı tapşırsaq da, ikinci hissədə meydanda bunu görmədik. Əksinə, çoxlu top itirdik. Əvəzetmə ilə vəziyyəti düzəltməyə çalışsaq da, buna nail ola bilmədik. Türkiyə millisi ilə oyunda çox güc itirmişdik. Bu da bugünkü qarşılaşmaya təsirsiz ötüşmədi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar