Mircavadov “hə” desə ...
08 Yanvar 2010 Cümə 14:40
Lənkəran klubu "Standard"la danışıqlara başlayacaq
"Standard"ın gənc hücumçusu Fərid Quliyevin "Xəzər Lənkəran"a keçə biləcəyi ilə bağlı daha öncə yayılmış xəbərlər öz təsdiqini tapıb. Artıq Fərid Quliyev Lənkəran klubunun düşərgəsindədir. Onunla bağlı yekun qərarı bu günlərdə komandanın baş məşqçisi Ağasəlim Mircavadov verəcək.

Qeyd edək ki, Fəridin "Standard"la müqaviləsi var. Bu səbəbdən də "Xəzər Lənkəran" Sumqayıt klubu ilə danışıqlar aparmalı olacaq. Əgər Mircavadov onun oyununu bəyənsə, o zaman Lənkəran klubu "Standard"la danışıqlara başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar