Mirça Rednik Xəzər Lənkəran klubundan qovuldu
05 Dekabr 2011 Bazar Ertəsi 11:18
Mirça Rednik Xəzər Lənkəran klubundan qovuldu. Bu qərar baş məşqçi ilə klub rəhbərliyinin görüşündə qəbul edilib.
“Xəzər Lənkəran” baş məşqçi Mirça redniklə yollarını ayırıb. ANS PRESS-in “Xəzər Lənkəran” futbol klubuna istinadən verdiyi məlumata görə, dünən klub rəhbərliyi ilə komandanın baş məşqçisi Mirça Rednik arasında görüş keçirilib.
Komandanın son qarşılaşmalarda göstərdiyi nəticələr nəzərə alınmaqla qarşılıqlı şəkildə klubun rumıniyalı mütəxəssislə yollarını ayırması qərara alınıb.
Xatırladaq ki, “XəzərLənkəran” son turlarda əzəli rəqibi “Neftçi”yə 0:5 vəözmeydanında “İnter”ə 0:1hesabı ilə məğlub olmuşdu.
DOSTLARINLA PAYLAŞ: