Mirça Rednik: “Vəziyyət çox gərgin idi”
23 Oktyabr 2010 Şənbə 22:45
Mirça Rednik: “Xəzər Lənkəran” doğma meydanda “Turan” klubunu məğlub edib.
Unibank Premyer Liqasının X turunda “Xəzər Lənkəran” doğma meydanda “Turan” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti 3 xalı aktivinə yazdı. ANS PRESS-in məlumatına görə, oyundan sonra komandaların baş məşqçiləri jurnalistlərə açıqlama veriblər.

Revaz Dzodzuaşvili, “Turan” klubunun baş məşqçisi bildirib ki, “Xəzər Lənkəran” çox səviyyəli komandadır: "Bu görüş demək olar ki, veteran futbolçularla cavan futbolçular arasında oldu. Oyun mübarizə şəraitində keçdi. Oyunun hakimindən razı qaldım, çox gözəl oyun idarə etdi. Azərbaycan hakimlərinə uğurlar arzu edirəm ki, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etsinlər. Səviyyəli məşqçilərlə və yaxşı hakimlərlə Azərbaycan futbolu inkişaf edəcək”.

Mirça Rednik, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandamda keçən turdakı məğlubiyyətdən sonra vəziyyət çox gərgin idi. Biz qələbə qazanmaq üçün oynayırdıq, şükürlər olsun ki, qələbə qazandıq. Buna görə futbolçularıma minnətdaram. İkinci hissədə “Turan” çox gözəl oyun göstərdi, demək olar ki, bizimlə başa-baş mübarizə apardı. Oyundan razı qaldım”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar