Mingəçevirdə stribol çempionatı başlayır
02 Oktyabr 2009 Cümə 05:40
Basketbola bənzəyən stritbol, yəni küçədə topla oyun ABŞ şəhərlərində zəncilər yaşayan məhəllələrdə yaranıb
Bu gün Mingəçevirdə Mingəçevirdə kişilər arasında stritbol üzrə ikinci Azərbaycan çempionatı keçiriləcək. Yarış oktyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, basketbola bənzəyən stritbol, yəni küçədə topla oyun ABŞ şəhərlərində zəncilər yaşayan məhəllələrdə yaranıb. Yoxsulların məskunlaşdığı məhəllələrdə meydana gəlmiş bu oyun artıq bütün dünyada məşhurlaşıb. Stritbolun zəfər yürüşü isə ötən əsrin 90-cı illərində başlanıb.
Stritbol sadəliyinə və demokratikliyinə görə şöhrət qazanmışdır. Stritbol üçün hərəsində üç oyunçu olan iki komanda,kiçik meydança (ənənəvi basketbol meydançasının yarısı) və əlbəttə ki, yalnız bircə halqa lazımdır.
Stritbolda uğur oyunçuların boyunun hündürlüyü ilə deyil, yaxşı düşünülmüş oyun taktikası və topa yaxşı yiyələnmə nəticəsində əldə edilir. Belə demokratiklik stritbolu dünyanın bir çox ölkələrində qeyri-adi dərəcədə şöhrətləndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar