Mingəçevir reqatası-2010 keçirilir
14 Noyabr 2010 Bazar 14:10
Mingəçevir reqatası-2010 keçirilir. İdmançılarımız Gürcüstan, Ukrayna və Rusiya təmsilçiləri ilə yarışırlar.
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris Mərkəzində avarçəkmə üzrə beynəlxalq turnir keçirilir.
"Mingəçevir reqatası-2010” adlanan yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, Ukrayna və Rusiya avarçəkənləri də mübarizə aparır. Noyabrın 15-də yekun vurulacaq turnir bu il keçiriləcək son yarış olacaq. Növbəti il isə bütün diqqət London Olimpiadasına lisenziya qazanılmasına yönələcək.

""Mingəçevir reqatası-2010"dan sonra 2012-ci il London Olimpiadasına lisenziya yarışlarına start veriləcək.
Bizim idmançılar da bu yarışlarda uğur qazanmağa çalışacaqlar", deyə Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov bilbirib.

Xatırladaq ki, Mingəçevirə gələn qonaqlar arasında Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak da var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar