Millizin üzvü qəflətən dünyasını dəyişdi
29 Sentyabr 2013 Bazar 16:32
Avropa Kubokunun mükafatçısı, 16 yaşlı cüdoçusu Fəridə Həsənxanovanın ölüm səbəbi hələlik bəlli deyil.
Azərbaycan idmanına və "Qəbələ" İdman Klubuna ağır itki üz verib. ANS PRESS-in məlumatına görə, klubun cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.
Gənc idmanşının ölüm səbəbi bəlli deyil.
DOSTLARINLA PAYLAŞ: