Milliyə daha 6 futbolçu çağırılıb
26 May 2011 Cümə Axşamı 12:38
Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilir.
Bakıda futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilir. Mayın 28-də yekunlaşacaq hazırlıq prosesinə mayın 26-dan etibarən NBC Bank Azərbaycan kuboku yarışlarının finalında çıxış etmiş “İnter” və “Xəzər-Lənkəran” klublarının üzvləri – Aleksandr Çertoqanov, Volodimir Levin, Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Elnur Abdullayev də qoşulublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar