Millinin yeni sponsoru Access Bank
27 Aprel 2010 Çərşənbə Axşamı 20:40
"Access Bank" ilə AFFA arasında saziş imzalanıb.
Bu gün "Access Bank" ilə AFFA arasında əməkdaşlıq və sponsorluq haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, Access Bank iki futbol mövsümü, qarşıdakı 4 il ərzində bütün milli komanadaların rəsmi sponsoru kimi çıxış edəcək.
Milli komandaların geyimi üzərində ARDNŞ və "Azərsell"ə birgə "Access Bank"ın da loqosu yerləşdiriləcək. Millinin keçirdiyi hər oyunda bankın əmtəə nişanı qoyulacaq. Əlavə olaraq bank AFFA ilə birgə Azərbaycanda futbrolunun inkişaf etdirilməsinə, futbolun kütləviliyinin artırılmasına və bununla əlaqədər digər futbol sahələrinə dəstək olacaq. Bank həmçinin uşaq və gənclər, qadın futbolunun inkişafına da yardım edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: