Millinin üzvü Rizvan Fərzəliyev UEFA tərəfindən cəzalandırılıb
20 Mart 2012 Çərşənbə Axşamı 19:56
Rizvan Fərzəliyev növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib.
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rizvan Fərzəliyev milli komandalar səviyyəsində yarışlarda növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib.

ANS PRESS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar UEFA-nın Nəzarət və İntizam Komitəsi tərəfindən çıxarılıb. Buna səbəb R.Fərzəliyevin futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan–Serbiya oyununun rəsmi şəxsinə qarşı kobudluğu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar