Millinin üzvü qəbul imtahanında
02 Avqust 2010 Bazar Ertəsi 21:35
Araz Abdullayev təlim-məşq toplanışına sabah qoşulacaq.
Azərbaycan milli komandasının bu gündən başlayan təlim-məşq toplanışına dəvət olunmuş Araz Abdullayev bu gün keçirilən məşqlərdə iştirak etməyib. AFFA mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçumuz ali məktəbə qəbul imtahanları ilə bağlı Mahaçqala şəhərinə getdiyi üçün millinin hazırlığında iştirak etməyib. Araz Abdullayevin sabahdan etibarən millinin məşqlərinə qatılacağı gözlənilir.

Qeyd edək ki, futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı bu gündən etibarən başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar