Millinin təlim-məşq toplanışı başlayıb
02 Avqust 2010 Bazar Ertəsi 17:55
Avqustun 4-də mətbuat üçün açıq məşq keçiriləcək.
Bu gündən etibarən futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplanışı çərçivəsində millinin mətbuat üçün açıq məşqi də keçiriləcək. Mətbuat üçün açıq məşqin avqustun 4-də, saat 10:30-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməsi planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar