Millinin qızları "Netfçi"nin oğlanları ilə bacarmadı
11 Mart 2011 Cümə 19:36
13 yaşlı oğlanlar centlmenliyi unudaraq qızlara göz açmağa imkan verməyib
17 yaşlı qızlardan ibarət Azərbayan yığması “Neftçi” futbol klubunun 1998-ci il təvəllüdlü oğlanlardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qızların bəxti gətirməyib.
“Netçi”nin oğlanları centlmenliyi unudaraq qızlara göz açmağa imkan verməyib. Qarşılaşma 5:0 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: