Millinin oyunu təxirə salınıb
22 İyul 2010 Cümə Axşamı 22:45
Malta yığması ilə keçiriləcək matçın vaxtı dəyişdirilib.
Azərbaycan milli komandasının noyabrın 17-də səfərdə Malta yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə xəbər verilsə də, sonradan oyun təxirə salınıb.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçirilməli olan Xorvatiya – Malta oyununun tarixi noyabrın 18-nə dəyişdirildiyi üçün Malta–Azərbaycan yoldaşlıq görüşü təxirə salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar