Millinin oyunçusu “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırıldı
11 Aprel 2011 Bazar Ertəsi 01:39
Lənkəran klubunda uğursuzluqla bağlı bir neçə saatlıq iclas keçirilib
“Qarabağ” - “Xəzər Lənkəran” oyunundan sonra Lənkəran klubu rəhbərliyinin və baş məşqçisinin iştirakı ilə bir neçə saatlıq iclas keçirilib. ANS PRESS-in klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iclasda komandanın son turlarda qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb və bir neçə qərar qəbul olunub. Onlardan birinə əsasən Elnur Allahverdiyev “Xəzər Lənkəran”ın əsas heyətindən uzaqlaşdırılıb. Buna səbəb kiim futbolçunun mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozması göstərilir.

Xatırladaq ki, “Qarabağ”-“Xəzər Lənkəran” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar