Millinin mətbuat üçün açıq məşqi olacaq
13 Dekabr 2010 Bazar Ertəsi 17:45
Məşq dekabrın 15-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək
Dekabrın 15-də, saat 09:40-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Həmin gün saat 12:00-da isə "Aeroport" oteldə millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.
Mətbuat nümayəndələrinin qeyd olunan tədbirlərdə iştirakına rahat şərait yaratmaq məqsədilə AFFA tərəfindən avtomobil ayrılacaq.

Dekabrın 14-də saat 09:00-dan 18:00-a qədər qeydiyyatdan keçən jurnalistlər, dekabrın 15-də, saat 09:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək avtomobillə əvvəlcə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna, sonra isə "Aeroport" otelə gedə biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar