Millinin məşqçisi Rəşad Həsənov evləndi
13 Oktyabr 2010 Çərşənbə 18:10
Rəşad Həsənov subaylığın daşını atıb.
Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandamızın məşqçisi Rəşad Həsənovun toyu olub. Rəşad Həsənovun toyunda respublikamızın cüdo ailəsinin üzvləri ilə yanaşı Avropadan da cüdoçular iştirak edib.

El şənliyində Avropa Cüdo Federasiyasının Hakimlər Komissiyasının komissarları Mətin Özkan (Türkiyə), Paskual Çyurlia (İtaliya), baş xəzinədar Laslo Tot (Macarıstan), idman direktoru Denzil Vayt (İngiltərə) da iştirak edib.

Bundan başqa Rəşad Həsənovun toyunda Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Yunanıstan, İsrail, Çin, Almaniya, Kanada, Hollandiya və başqa ölkələrdən gələn idmançı, məşqçi və hakimlər iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar